“TikTok”a giriş dayandırılır – RƏSMİ

Məlum olduğu kimi, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülüb. Hazırda həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınıb və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılıb.

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı digər sosial şəbəkələrdə paylaşılan həqiqətə uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırır. 

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO