Dərs ilinin başlamasına 1 gün qalmış məktəbin partaları yoxa çıxdı – FOTO

Abşeron rayonu Xırdalan şəhəri, 1 nömrəli tam orta məktəbdə özbaşınalıq halları aşkarlanıb.

Həmin məktəbin 5-ci sinif şagirdlərinin valideynləri bildirir ki, məktəb rəhbərliyi yeni tədris ilinin başlanmasına bir gün qalmasına baxmayaraq, dərs ilinə hazır deyil. Belə ki, məktəbin 5-ci sinfində 40 şagird olduğu halda sinif otağında cəmi 5 ədəd parta var. Məktəbə narazılıqlarını bildirmək üçün yığışan valideynlər məktəb rəhbəri tərəfindən aqressiya ilə qarşılaşıblar. Yaranmış problemə aydınlıq gətirib, çarə tapmaq əvəzinə məktəb rəhbəri “Gedin kimə şikayət edirsiz, edin” – deyərək valideynlərə etirazını bildirib.

Bundan əlavə valideynlər iddia edirlər ki, 3 ay yay tətili ərzində məktəb ərazisində gigiyenik qaydalara əməl olunmayıb.  Mövcud pandemiya şəraiti nəzərə alınmayaraq dezinfeksiya işləri aparılmayıb. Bu da təhsil ocağına öz övladlarını etibar edən valideynləri haqlı şəkildə narahat edir. Təəssüflər olsun ki, problemlər bununla da bitmir. Məktəbin dəhlizlərində heç bir işıqlandırma mövcud deyil. Təmiri pis vəziyyətdə olan məktəbin qarşıdan gələn qış aylarında hansı hala düşəcəyini güman etmək elə də çətin deyil.

Qeyd edək ki, bəhs edilən məktəb Xırdalan şəhəri İcra Hakimiyyətinin arxasında yerləşir. Eyni zamanda Xırdalan şəhəri Təhsil şöbəsi də məktəbin yaxınlığında fəaliyyət göstərir.

Ümid edirik ki, aidiyyatı qurumlar valideynlərin şikayətini nəzərə alaraq yaranmış problemi tez zamanda aradan qaldıracaq.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO