The National Interest: Süleymaninin terroru ABŞ-ın maraqlarına necə zərbə vurdu?

Qafqaztimes xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə analitik Will Smith “The National Interest” jurnalında çap olunan bir məqaləsində Şəhid Hacı Qasim Süleymaninin terror edilməsinin ABŞ və onun müttəfiqləri üçün acı nəticələri olduğunu yazıb.

Will Smith:

Qasim Süleymaninin terror edilməsi ABŞ-ın İraqdakı maraqlarına necə zərbə vurdu?

“2020-ci ilin yanvarında, İranın Qüds Qüvvələrinin keçmiş komandanı general Qasim Süleymaninin terror edilməsindən bir neçə gün sonra və buna cavab olaraq İranın ABŞ hökumətinin Eynul-Əsəd bazasına onlarla raket zərbəsi endirməsi və 100-dən çox ABŞ hərbiçisinin yaralanmasından sonra ABŞ Dövlət Katibi Mayk Pompeo “Çəkindirmənin bərpası: İran nümunəsi” adlı bir çıxış etdi. Pompeo çıxışı zamanı iddia etdi ki, general Süleymaninin terroru ABŞ-ın İrana qarşı çəkindirmə gücünü bir daha tarazlaşdırıb. Bununla belə, İraqda ABŞ qüvvələrinə hücumlar artdıqca, Pompeonun iddialarının mahiyyət etibarı ilə etibarsız olduğu və bəzi nüansları nəzərdən qaçırmamağın lazım olduğu aydın oldu. İndi çoxları başa düşür ki, Trampın səlahiyyətlərindən sui-istifadə etməsi və general Süleymaniyə sui-qəsd əmri ABŞ-ı genişmiqyaslı böhranlarla üzləşməyə davam etdirib və bunun nəticələri, hətta indiki şəraitdə belə, ABŞ-ı ciddi şəkildə narahat edir.

General Süleymaninin terror edilməsindən sonra İraqda və bölgədə ABŞ qüvvələrinə qarşı hücumların intensiv şəkildə artmasını nəzərə alaraq, Mayk Pompeonun bu məsələnin (Süleymaninin qətli) İranı kontrol etməsi, Amerikaya və onun maraqlarına qarşı növbəti hücumların qarşısını alması iddiası özünün zəifliyini ortaya qoydu. İran general Süleymaninin qətlinə nəinki kütləvi raket zərbəsi ilə cavab verdi, həm də praktikada ABŞ qoşunlarının regiondan tamamilə çıxarılmasına əsaslanan əsas strategiyasını ortaya qoydu. Bundan başqa, general Süleymaninin terror edilməsi İraqda daxili çəkişmələrin intensivliyini də xeyli artırdı. Halbuki General Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin sağlığında bu iki şəxs İraq silahlı qruplaşmalarını kontrol etmək və onlara nəzarət etməkdə əhəmiyyətli imkanlara malik idi və ölkədə baş verən çətin hadisələrin qarşısını ala bilirdilər. Lakin bu iki komandirin terror edilməsindən sonra bəzi iraqlı qruplar özbaşına həm İraqın sabitliyini, həm də Amerika qüvvələrinin təhlükəsizliyini təhlükə altına atan addımlar atmağa başladılar.

Bundan əlavə, general Süleymaninin terror edilməsi İranı nüvə potensialını artırmaqda daha da aktiv etdi. General Süleymaninin terrorundan sonra İran nüvə sazişinin hüdudlarını aşdı (ABŞ-ın bu anlaşmadan çıxmasına cavab olaraq) və general Süleymaninin terrorunun birinci ildönümündə uranın zənginləşdirilməsini artırmaq və daha da genişləndirmək planlarını açıqladı. Hazırkı vəziyyətdə, general Süleymaninin terrorundan təxminən iki il sonra, Vyana nüvə danışıqları zəif şəkildə aparılır və Bayden hökuməti güclü nüvə qüdrətinə malik İranla üz-üzədir və bunun qarşısında isə alternativ addımlara malik deyil.

General Süleymaninin qətlinin ABŞ və onun regionda və dünyadakı maraqları üçün acı nəticələri ABŞ ordusunun məhdudiyyətlərini yaxşı nümayiş etdirir. General Süleymaniyə sui-qəsd etməklə ABŞ özü üçün təhlükəsiz mühit yaratmaq əvəzinə, əslində İranı daha çox güc qazanmağa təhrik etdi və ətrafındakı təklükə səviyyəsini əhəmiyyətli dərəcədə artırdı.”

Related posts

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

ABŞ beynəlxalq məhkəməni hədələyir!