Terminatorun eks-arvadı Putinə…

QafqazTimes.com Forbes-ə istinadən xəbər verir: Dünyada daha çox terminator adı ilə tanınan Hollivud ulduzu, sabiq qubernator Arnold Şvartseneqqerin eks-arvadı, Kennedi nəslindən olan Mariya Şrayver Putinə hücum edib. İnstaqram səhifəsində Putinin fotosunu yerləşdirən xanım Rusiyaya cəbhə açıb. O yazır: Bu foto bir dəlinin fotosudur. O ağlını itirib, nəzarətdən çıxıb. Ona tərəfdar olan hər kəs dəlidir. Onların da əli qana batıb. Bu şəxs kişiləri, qadınları, uşaqları qətlə yetirir. Dünyada ondan pis insan yoxdur. Onun atdığı addımlar ağıla sığmır. O, dünya üçün təhlükə yaradıb…

Bu gün dünyada ikiyə bölünmə var. Bir qisim insan emosiyaların təsiri altındadır.  Bəziləri isə öz siyasi mövqeyindən çıxış edir. Adətən ABŞ-ın dostları Putinə hucuma keçir, ABŞ-ın düşmənləri Putinin müdaxiləsində ABŞ-ı müqəssir sayır. Amma Şrayver kimilərin işi budur: diqqəti cəlb etmək. Onlar üçüncü qrupdur.

Related posts

İsraillə dostluq baha başa gəlir

Əfqanıstanda helikopter məktəbə çırpıldı – VİDEO

Günəşdəki güclü partlayışının görüntüsü yayımlandı – VİDEO