Tel Əviv polis rəisi istefa verdi

Tel Əviv polis rəisi sionist rejim nazirlər kabinetinin qeyri-professionalcasına Netanyahu etirazçılarını susdurma müdaxilələri səbəbinə istefa verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Ami İşid dünən (5 iyul) irbaşa təhlükəsizlik naziri  Ben Qvirin fərmanı əsasında etirazçılara güc tətbiqi ilə susdurulmasına işarə etmədən sırf NK-nın müdaxilələrinə görə istefa verdiyini elan edərək deyib: Artıq məlum nazirlik tərəfindən verilən əmri yerinə yetirə bilmirəm. Çünki bu əmrlər qanunazidd və müəyyən qərarlara müdaxilə etmək deməkdir.

Məlumatda həmçinin deyilir: Mən çox rahatlıqla etirazçılara qarşı həddən artıq güc tətbiq edib İçilov xəstəxanasını yaralılarla dolduraraq məndən gözlənilən performansı göstərə bilərdim. Amma mən 30 illik vəzifəm müddətində bihudə bir fərmanla rastlaşdım. Əslində onların istədiyi şey, sakitlik deyil, nizamsızlıq idi.

Qeyd edək ki, polis rəisinin istefasından sonra da Tel Əviv etirazçıları küçələrə axışıb yenə də Netanyahu kabinetinə etirazlarını elan ediblər.

Related posts

Tarixin ən davamlı işğalı… – Video

Sionist səfir “BMT Nizamnaməsini” parçaladı – VİDEO

Həmas: İşğalçıların cığallığı vəziyyəti sıfır dərəcəsinə endirdi