Tel-Əviv Fələstin müqavimətinin təzyiq ilə öz mövqeyindən geri çəkildi

Qafqaztimes xəbər verir ki, Əl-Əxbar qəzetinin cümə axşamı verdiyi məlumata görə, rəsmi Qahirə müqavimət qruplarına Təl-Əviv kabinetinin vəziyyət sabit olaraq davam etdiyi təqdirdə, öz mövqeyindən geri çəkiləcəyini bildirməsinə baxmayaraq, müqavimət qrupları hər an düşmənlə başlanacaq yeni gərginliyə hazırlıqlar görməkdədir.

Bu Livan qəzeti, sionist əsirlərinin mübadiləsi məsələsinin də atəşkəs danışıqlarına daxil edildiyini və eyni zamanda Qəzzanın Misirli vasitəçiyə Təl-Əvivin bu mövqeyini dəyişdirməsi üçün zaman verdiyini əlavə edib.

Əl-Əxbar deyir ki, müqavimət tədricən gərginliyi artırmaq və vəziyyət tələb edirsə, genişmiqyaslı qarşıdurmaya girmək niyyətindədir.

Məlumata görə, Fələstin müqaviməti, Təl-Əvivə ciddi xəbərdarlıqlarla yanaşı, əsirlər məsələsində güzəşt etməmək və işi digər məsələlərlə əlaqələndirməmək barədə olan öz mövqeyində israr etməyə davam edir.

Təl-Əvivin yalnız əsirlər dəyişdirildiyi təqdirdə Qəzzanın bərpasına icazə verilməsinə təkid etməsindən bir həftə sonra bəzi mənbələr Əl-Əxbara bildirmişlər ki, Təl-Əviv yalnız əsirlərin ümumi vəziyyəti barədə məlumat əldə etməklə razılaşıb.

Related posts

Şəhadətdən qabaq…

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı