Tarixin ən bahalı serialına dünyanın ən varlı adamından irad – FOTO/VİDEO

Tesla” və “SpaceX”in qurucusu İlon Mask öz “Twitter” hesabında “Üzüklərin hökmdarı: Qüdrət üzükləri” (“The Lord of the Rings: The Rings of Power”) seriyasının qəhrəmanlarını tənqid edib.

Biznesmen serialın, demək olar ki, bütün kişi obrazlarını cahil adlandırıb.

“(Yazıçı Con) Tolkin məzarında çevrilir. Demək olar ki, hər bir kişi xarakteri qorxaq, əclaf və ya hər ikisidir. Yalnız Qaladriel cəsur, ağıllı və şirindir”, – deyə o yazıb.

Xatırladaq ki, “Üzüklərin hökmdarı: Qüdrət üzükləri”nin premyerası sentyabrın 2-də baş tutub. Layihə “Amazon Prime Video”nun eksklüzivi olub. Təqdimata “Amazon”un qurucusu Ceff Bezos sevgilisi Loren Sançeslə qatılıb.

Qeyd edək ki, bu il İlon Mask ilk dəfə “Forbes”un dünyanın ən varlı adamları siyahısına başçılıq edib: Reytinqdə Ceff Bezosun yerini alan milyarderin sərvəti 68 milyard dollar artaraq 219 milyard dollara çatıb. Siyahının ikinci pilləsinə düşən “Amazon”un qurucusunun varidatı isə 6 milyard dollar azalaraq 171 milyard dollara düşüb.

Related posts

Relsdən çıxan yük qatarı alovlara büründü – FOTO/VİDEO

Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi – VİDEO

Türkiyəli fermer ayıya məktub yazdı: “Ayı qardaş, açar ayaqaltının altındadır” – FOTO