Tarakanlardan qurtulmağa çalışdı, evini partlatdı

Yaponiyanın Kumamoto şəhərindən olan şəxs tarakanlardan xilas olmaq istəyərkən təsadüfən partlayış törədib.

Bu barədə Yaponiyanın yerli mətbuatında məlumat yayılıb.

Kişi aerozol şəklində olan tarakanlara qarşı vasitəni püskürdükdə, maddə futonla örtülmüş kotatsu adlanan qızdırılan masanın üzərinə tökülüb. Bu zaman partlayış baş verib. Nəticədə eyvanın şüşəsi sınıb, ev sahibi isə yüngül bədən xəsarətləri alıb. Yanğınsöndürənlər kotatsu partlayışa səbəb olduğunu güman edirlər.

Yaponiyanın İstehlakçı Məsələləri üzrə Milli Mərkəzinə daha əvvəl də belə partlayışlar barədə məlumat daxil olub. Yanğının repellentin elektrik yuvası və ya qızdırıcı elementlərlə təmasda olduğu zaman baş verdiyi güman edilir. Məsələ ondadır ki, həşəratlara qarşı istifadə edilən bir çox spreylərinin tərkibində spirt, propan və butan da daxil olmaqla tez alovlanan maddələr var ki, bu da mayenin qabından çıxmasına və püskürməsinə kömək edir. Bu maddələr müəyyən nisbətdə oksigenlə təmasda olduqda partlayış baş verə bilər.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO