Tanımadığı evi səliqəyə sala bilən robot hazırlanıb

Robototexniklər qrupu naməlum mühitdə obyektlərin tapılması və hərəkət etdirilməsi tapşırıqlarını yerinə yetirə bilən droid OK-robot hazırlayıb.

Bu cür tapşırıqları yerinə yetirmək üçün mühəndislər vizual dil modelindən (VLM) istifadə ediblər. Bu, maşının linqvistik işarələrə əsasən müxtəlif obyektləri tanımaq, yəni verilmiş təsvirə uyğun olaraq obyektləri müəyyən etmək qabiliyyətinə əsaslanır.

Alimlər robotdan 170 tapşırığı yerinə yetirməsini istəyiblər. Sınaqların ilk mərhələsində maşının səmərəliliyi 58% təşkil edirdisə, sonradan onu 82%-ə çatdırmaq mümkün olub.

Mütəxəssizlərin fikrincə, nəticələr VLM daha mürəkkəb robotlardan istifadənin mümkünlüyünü göstərirlər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi