Fransada 3D printerdə çap olunmuş silahları satan şəbəkə aşkar edilib- FOTO

Fransa polisi 3D printerlərdən istifadə edilməklə hazırlanmış silahların satışı ilə məşğul olan beynəlxalq cinayət şəbəkəsini aşkar edib.

Marsel prokuroru Nikolas Besson qeyd edib ki, bu, ölkədə ilk belə şəbəkədir. O, həmçinin silah ticarətinin uberizasiyası ilə bağlı narahatlığını da ifadə edib.

“14 nəfəri saxlamaq və səkkiz 3D printer, sırf 3D çap ilə hazırlanmış yeddi silah və 24 adi silahı müsadirə etmək üçün 300 jandarm cəlb edilib”, – məlumatda bildirilir.

Related posts

Leninin abidəsində zaman kapsulu tapıldı – FOTO

Trampın təyyarəsi qəzaya düşdü – FOTO

Britaniyada timsahı “döyən” qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı – FOTO