Taliban: Pəncşir ilə danışıqlarda irəliləyişlər əldə edildi

Qafqaztimes xəbər verir ki, Taliban sözçüsü Zəbihullah Mücahid, Pəncşir qüvvələri ilə danışıqlarda irəliləyiş olduğunu və müharibənin önlənəcəyinə ümid etdiyini söyləyib.

O, deyib: “Pəncşir məsələsi hazırda müzakirə mərhələsindədir. Bu gün bir neçə mesaj aldıq. Ümid edirik ki, müharibə olmayacaq və bu məsələ qarşılıqlı anlaşma yolu ilə həll olunacaqdır.”

Bir mənbənin Sputnik -ə verdiyi məlumata görə, danışıqlar hər iki tərəfin tələblərindən çox fərqlidir.

Talibanın Pəncşir məsələsinin sülh yolu ilə həllində israrlı olmasının ardından, Taliban nümayəndə heyəti keçən həftə yerli anti-Taliban qüvvələrinin komandanı Əhməd Məsudla görüşmək üçün bu əyalətə gedib.

Taliban mədəni komissiyasının üzvü Ənamullah Səmənqani bu heyətin ezam olunması ilə bağlı deyib ki, onların Əhməd Məsud və Pəncşir məsələsində iştirak edən digər şəxslərlə görüşmələri planlaşdırılıb. Pəncşir məsələsinin sülh yolu ilə həll edilməsi üçün səylər göstərilir.

Əhməd Məsud bundan öncə Əfqanıstanda bütün etnik qrupları özündə birləşdirən bir hökumət qurmaq istədiyində olduğunu və Taliban Pəncşiri işğal etmək üçün hücum edərsə müqavimət göstəriləcəyini vurğulamışdı.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib