Azərbaycan Respublikasının xarici işlər naziri İranı işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etməyə dəvət edib

Qafqaztimes xəbər verir ki, çərşənbə axşamı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov telefon danışığı ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahianı bu posta sahib olması münasibətilə təbrik edib.

Əmir Abdullahian da öz növbəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinə təbriklərə görə öz təşəkkürünü bildirib. O, həmçinin İranın ikitərəfli əlaqələri inkişaf etdirməyə hazır olduğunu elan edərək, İranın azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etməyə hazır olduğunu vurğulayıb.

İran xarici işlər naziri həmçinin beynəlxalq sərhədlərə riayət edilməsinin vacibliyini də vurğulamış və Qafqaz bölgəsindəki mübahisələrin siyasi və sülh yolu ilə həllinə çağırmışdır.

Bu telefon danışığında Azərbaycan Respublikasının Xarici İşlər Naziri iki ölkə arasında əməkdaşlığın bütün ölçülərdə genişləndirilməsinə təkid etmiş və İranın işğaldan azad edilmiş zonaların yenidən qurulmasında iştirakını, eləcə də tranzit sahəsində əməkdaşlığın daha da genişləndirilməsini istəmişdir. Ceyhun Bayramov həmçinin Qarabağda baş verən son proseslər barədə də ümumi məlumat vermişdir.

Hər iki ölkənin xarici işlər nazirləri bir-birlərini ən qısa zamanda rəsmi səfərə dəvət etmiş, üz-üzə görüşlərinin ən qısa zamanda baş tutacağına ümid etdiklərini bildirmişlər.

Related posts

Bakıda sürücüdən inanılmaz manevr: Araşdırmalara başlanıldı – ANBAAN VİDEO

Sürətlə gəldi, üç avtomobili əzib ağaca çırpıldı – ANBAAN VİDEO

Azərbaycan nümayəndələri Britaniya kralına bahalı hədiyyələr verib – FOTO/VİDEO