Taliban: Biz TAPI qaz layihəsinin təhlükəsizliyini təmin edirik

Qafqaztimes xəbər verir ki, Talibanın Mədən və Neft Nazirliyinin rəhbəri vəzifəsini icra edən Məhəmməd İsa Axund Türkmənistanın Kabildəki səfiri Xacə Əvəzov ilə görüşərək, Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan arasında “TAPI” adlı qaz kəmərinin tikinti prosesinin davam etdirilməsi barədə müzakirə aparıb.

Talibanın yaydığı açıqlamaya görə, Görüş zamanı Axund TAPİ layihəsi ilə bağlı işə başlamağa hazır olduqlarını bəyan edərək, bu layihənin təhlükəsizliyinin təmin ediləcəyini bildirib.

Türkmənistan səfiri həmçinin bildirib ki, oktyabrın 30-da bu ölkədən bir nümayəndə heyəti bu layihəni, həmçinin yeni elektrik və qaz layihələrinin yaradılması ilə bağlı razılaşmaları müzakirə etmək üçün Əfqanıstana səfər edəcək.

TAPI qaz nəqli layihəsi 2010-cu ilin dekabrında Əfqanıstan, Türkmənistan və Pakistan prezidentləri və Hindistanın energetika naziri tərəfindən imzalanıb.

1735 kilometrlik TAPI boru kəməri Türkmənistan, Əfqanıstan və Pakistandan keçərək Orta Asiya qazını Hindistana çatdıracaq.

Hesablamalar göstərir ki, bu kəmərlə ildə 33 milyard kubmetr qaz nəql olunacaqdır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib