İraq azərbaycanlı İŞİD-çilərin övladlarını Azərbaycana təhvil verib

Qafqaztimes xəbər verir ki, İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhhaf çərşənbə günü bildirib ki, İŞİD üzvü olan azərbaycanlı ailələrin onlarla uşağı Azərbaycanın Bağdaddakı səfirliyinə təhvil verilib.

Shafaq News saytının məlumatına görə, Əl-Səhhaf əlavə edib ki, İraq Xarici İşlər Nazirliyi Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Bağdaddakı səfirliyi ilə əməkdaşlıq əsasında valideynləri İŞİD üzvü olan 38 uşağı ölkələrinə qayıtmaq üçün Azərbaycan səfirliyinə təhvil verib.

O, əlavə edib ki, uşaqların anaları İŞİD terror qruplaşmasına üzv olduqları üçün İraqın xüsusi məhkəmələri tərəfindən həbs cəzasına məhkum ediliblər və bu uşaqlar isə analarının yanında olublar.

Related posts

Dünyanı kim qarışdırır?

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO

Kriminal “Cümü”yə 18 il həbs verildi – FOTO