Taliban Ayətullah Xameneinin şiə və sünni vəhdəti ilə bağlı son açıqlamalarını müsbət qarşılayıb

Qafqaztimes xəbər verir ki, vəhdət həftəsi və şiə-sünni vəhdətinin vurğulandığı bir zamanda Taliban İran İslam İnqilabı rəhbəri Ayətullah əl-üzma Xameneinin Əfqanıstanda şiə və sünni birliyi ilə bağlı son açıqlamalarını müsbət qarşılayıb.

Talibanın siyasi bürosunun sözçüsü Məhəmməd Nəim öz Tvitter səhifəsində yazıb: “Taliban Əfqanıstanda sünnilər və şiələr arasında daha güclü birliyə çağıran İran İslam Respublikasının lideri Ayətullah Əli Xameneinin sözlərini müsbət qarşılayır”.

O, əlavə edib: “İnşallah, düşmənlərin şiə və sünni vəhdətini pozmaq üçün hazırladıqları fitnə nakam qalacaq.”

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bundan öncə Əfqanıstanda baş verən partlayışların şiə-sünni arasında fikir ayrılığı salmağın nəticəsi olduğunu bildirmişdi.

O, həmçinin deyib: “Bizim İslam Respublikasında müsəlmanların birliyinə təkid etməyimizin səbəbi odur ki, bu gün müsəlman firqələri- şiələr və sünnilər arasında ixtilaflar yaratmaq üçün davamlı cəhdlər var. Baxın, Amerika siyasi ədəbiyyatında bir neçə ildir ki, sünni və şiə olmaq məsələsi gündəmə gətirilir. Onlar şiə və sünni məsələsindən əl çəkmirlər, halbuki onlar ümumiyyətlə İslamla müxalif və ona düşməndirlər.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur