Qüdsün müftisi qanunsuz yəhudi yaşayış məntəqələri barədə xəbərdarlıq edib

Qafqaztimes xəbər verir ki, Qüds və Fələstinin baş müftisi və Məscidül-Əqsanın xətibi Şeyx Məhəmməd Hüseyn sionist rejimin Məscidül-Əqsanın qərbində apardığı tikintilər və onun altındakı qazıntıların nəticələri barədə xəbərdarlıq edib.

Əl-Əhd-in məlumatına görə, Qüds müftisi sionist rejim tərəfindən Məscidül-Əqsadan 250 metr qərbdə yəhudi sinaqoqunun bərpası və Məscidül-Əqsa altında aparılan şübhəli qazıntıların qapı və divarlara ziyan vurmasına toxunaraq deyib: “İşğalçılar Qüdsün yəhudiləşdirilməsini gücləndirmək və onu tamamilə öz hökmranlığı altına almaq üçün Məscidül-Əqsa ətrafındakı boş yerləri mənimsəmək və oranı yəhudilərə məxsus yerlər və obyektlərlə doldurmaq istəyirlər.”

Qüds müftisi həmçinin deyib: “Biz eləcə də Moşe Fiqlon və digərləri kimi qondarma qruplara bağlı bir sıra ravvinlərin nəzarəti altında ekstremist sionist qrupların Məscidül-Əqsaya qeyri-qanuni daxil olmasını pisləyirik.”

Şeyx Hüseyn sözünün davamında işğal olunmuş Qüdsün cənubundakı Beyt Səfafadakı sionist Hematos qaçqın düşərgələrində 3000-dən çox binanın, İordan çayının qərb sahilinin şimalı ilə cənubu arasında coğrafi əlaqəni kəsmək üçün E1 kimi tanınan ərazidə yaşayış məntəqələrinin salınmasını, eləcə də işğal olunmuş Qüdsün şimalındakı Qalandiya hava limanı ərazisində 9 min yaşayış binasının tikintisi planını kəskin şəkildə pisləyib.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!