Taliban Əfqanıstanın şərqindəki İŞİD-in sığınacağına hücum edib

Qafqaztimes xəbər verir ki, “Baxtar News” media orqanının məlumatına görə Nəngərhar əyalətinin mərkəzi Cəlalabadın Kabil Ade bölgəsində Talibanın İŞİD qruplaşmasının sığınacağına hücumu nəticəsində iki İŞİD üzvü öldürülüb, daha biri isə həbs olunub.

Məlumata görə, bu əməliyyatda 2 kamikadze jileti, 300 kq partlayıcı maddə, bir ədəd 3 təkərli avtomobil və çoxlu sayda yüngül silah və maqnit bombası aşkar edilib.

Bundan əvvəl Talibanın Nəngərhardakı qubernatoru Molla Nida Məhəmməd Əfqanıstanın azadlığından sonra Talibanın İŞİD-in gizli üzvlərinin axtarışına başladığını və onlarla terrorçunun həbs edildiyini bildirmişdi.

Taliban həmçinin qeyd edib ki, hazırda Əfqanıstanın heç bir yerində ciddi təhlükəsizlik problemi yoxdur. Ölkə ərazisinin 70%-də İŞİD-in sığınacaqları tamamilə məhv edilib, digər 30%-də isə fəaliyyətləri zəifləməkdədir.

Related posts

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

ABŞ beynəlxalq məhkəməni hədələyir!