Tale Bağırzadə aclıq aksiyasını davam etdirir

Tale Bağırzadə Allaha küfür edən güc qurumlarının cəzalandırılması tələbilə aclıq aksiyasını davam etdirmək əzmindədir.

Onun xanımı Leyla İsmayılzadə bildirib ki, iyunun 13-də Tale Bağırzadə evə zəng edib: “Səsində yorğunluq vardı. Son iki gündür hərarət, başgicəllənmə, gözlərində bulanıqlıq var”.

Buna baxmayaraq, Hərəkatın məlumatına görə, Bağırzadədən başqa onun tərəfdarları və digər dindarlar: Abbas Hüseynov, Cahad Babakişizadə, Seyfəddin Şirvanov, Firudin Zeynalov, Fariz Məmmədov, Allahverdi Ruzbekar və Vəli Ələkbərzadə həbsxanalarda eyni tələblə aclığı davam etdirirlər.

Onlar son zamanlar dindarları saxlayıb dindirən polislərin sözlərini Allaha qarşı təhqir hesab edirlər. (gununsesi)

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir