Taksi sürücüsü ona istədiyi məbləği verməyən qadının başını qapıya çırpdı (Video izlə)

Taksi sürücüsünün turist qadına yaşatdığı vəhşilik kameralara düşüb.

Türkiyənin İstanbul şəhərində Mərakeş əsilli Fransa vətəndaşı 26 yaşlı turistlə sürücü arasında qiymətə görə mübahisə düşüb. Qadının 70 lirəlik taksimetr haqqının çox olduğunu və ödəməyəcəyini bildirməsi sürücünü zorakı addımlar atmağa sövq edib. Onun qolundan tutub, başını qapıya çırpıb, daha sonra yerə yıxıb. Küçədən keçən şəxs qadının köməyinə qaçıb.

Qadının şikayəti ilə polis araşdırmalara başlayıb. Bir müddət sonra polis bölməsinə gələn Ercan Y. nəzarətə götürülüb. Polisə verdiyi ifadəsində Ercan Y.-nin qadının da ona hücum etdiyini və ondan şikayətçi olduğunu deyib.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO