Tağı Əhmədov: “Bilmirəm, nəyə görə bu xəstəliyə tutuldum”

“1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”.

Bunu “Bakı metropoliteni”nin sabiq rəisi Tağı Əhmədov deyib.

Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:

“İlyarımdır yeriyə bilmirəm. Bilmirəm, nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu “Miyelit”dir (onurğa-beyin iltihabı)”.

Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb:

“Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdi”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir