İcra başçısının avtomobili qəzaya uğradı: Hadisə yerindən… (Video izlə)

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin avtomobili qəzaya uğrayıb. Hadisə Yevlax rayonunun Cəfər Cabbarlı küçəsində baş verib.

Belə ki, Hyundai Santa Fe markalı, 09-AA-159 dövlət qeydiyyat nişanlı avtomobil VAZ 21015 markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ 21015 sürücüsü ağır bədən xəsarətləri ilə Yevlax Mərkəzi Xəstəxasına çatdırılıb.
Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Hyundai Santa Fe markalı, 09-AA-159 dövlət qeydiyyat nişanlı avtomobil Vidadi İsayevin şəxsi ailə avtomobilidir.
Hadisə yerindən görüntüləri təqdim edirik:

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

İsraillə dostluq baha başa gəlir

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO