Təyyarədə gərginlik: Uçuş zamanı çəndən yanacaq axmağa başladı (Video izlə)

Təyyarədə uçuş zamanı çəndən yanacaq axmağa başlayıb.  

Təyyarənin pəncərədə əyləşən sərnişini bu görüntüləri lentə alıb. Video “Aviatorshina” “Telegram” kanalı tərəfindən yayımlanıb.

Hadisə Soçi hava limanının uçuş-enmə zolağında Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinin təyyarəsi uçuşa hazırlaşdığı zaman baş verib.

Görüntülərdə “Airbus A321” təyyarəsinin sağ qanadının drenaj dəliyindən reaktiv yanacağın axdığı əks olunub.

Dispetçerlər pilotlara sızma barədə xəbər veriblər. Uçuş dərhal dayandırılıb, mühərriklər söndürülüb, təyyarə dayanacağa aparılıb.

“Yaxşı ki, uçmadıq”, – deyə təyyarənin sərnişinləri videoya şərh veriblər.

“Həmçinin mərkəzi çəndən yanacağın avtomatik idarə olunması sistemində nasazlıq olması barədə pilotlara məlumat daxil olub. Bu halda ekipaj əllə idarəetmə rejiminə keçid edib”, – deyə “Telegram” kanalı məlumat verib.

Related posts

Türkiyədə eşşəkləri evləndirdilər: Toyda nikah məmuru da iştirak etdi – FOTO/VİDEO

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

Yaponiyada bir çantaya görə 180-ə yaxın qatarın hərəkəti ləğv edilib – FOTO