Təl-Əvivin Türkiyədəki ticarət ofisi yenidən açılacaq

QafqazTimes xəbər verir ki, Türkiyə mediası Təl-Əvivin bu ölkədəki iqtisadi və ticarət ofisinin yenidən açılmasından xəbər verir. Bu məsələ Türkiyənin sionist rejimlə gərginləşmiş diplomatik əlaqələrini bərpa etmək səyləri ilə üst-üstə düşür.

“Russia Əl-Yovm” xəbər saytının Türkiyənin “Zaman” qəzetinə istinadən verdiyi xəbərə görə, Ankara və Təl-Əviv 2018-ci ildə qarşılıqlı olaraq bir-birlərinin səfirlərini ölkədən çıxarıblar. Sionist rejim həmçinin bir il sonra (2019) Türkiyədəki iqtisadi nümayəndəliyinin fəaliyyətini azaldıb. Hazırda isə Təl-Əviv və Ankara diplomatik missiyalarını səfirliklər səviyyəsində yüksəltməyə çalışırlar.

Bu məsələ ilə bağlı “Zaman” qəzeti qeyd edir ki, Ərdoğan hökuməti (Ədalət və İnkişaf Partiyası) illərlə davam edən gərginliyə baxmayaraq,1 sionist rejimlə işgüzar əlaqələrini qoruyub saxlayıb. Belə ki, 2021-ci ildə ikitərəfli ticarətin həcmi 30% artaraq 7,7 milyard dollara çatıb.

Bundan əvvəl Reuters xəbər agentliyi İsrailin iqtisadiyyat naziri Orna Barbieyə istinadən yazıb ki, Türkiyədə iqtisadi ofisin yenidən açılması Təl-Əvivin Türkiyə ilə iqtisadi əlaqələrin dərinləşməsinə sadiqliyini göstərir.

Bu arada ibrani mənbələri bu yaxınlarda xəbər veriblər ki, Türkiyə və sionist rejim diplomatik missiyalarını səfirliklər səviyyəsinə yüksəltmək üçün səylərə başlayıblar.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir