Təl-Əvivin Eritreyadakı səfirliyi bağlanacaq

QafqazTimes xəbər verir ki, sionist rejimin mətbuatı müvəqqəti baş nazir Yair Lapidin bu rejimin Eritreyadakı səfirliyinin bağlanmasına razılaşdığını xəbər verib.

Sionist rejimin mətbuatı məlumat verib ki, Eritreya yerli hökumətinin bu rejimin səfirinin Eritreya paytaxtı Əsməraya daxil olmasına iki il müqavimət göstərdikdən sonra Lapid bu rejimin Eritreyadakı səfirliyinin bağlanmasına razılıq verib.

Sionist rejimin sonuncu səfiri 2018-ci ilin oktyabrında Eritreyanı tərk edib və o vaxtdan bəri Əsmərada bu rejimin heç bir səfiri təyin olunmayıb və bu rejimin Xarici İşlər Nazirliyi vaxtaşırı səfirlikdə müvəqqəti məsul şəxs təyin edib.

Ötən iyun ayında sionist rejimi İsmayıl Xalidini Eritreya səfiri təyin etdi, lakin bu ölkənin hökuməti buna razı olmadı. Eritreya buna qarşı çıxmasının konkret səbəblərini açıqlamasa da, bəziləri Təl-Əvivin Sudanla münasibətlərini və ya Efiopiyadakı müharibəni və Təl-Əvivin ona müdaxiləsini Eritreya hökümətinin müxalifətinin səbəbi kimi qiymətləndirirlər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya

1 şərh

Geoveri Noyabr 20, 2024 - 1:01 axşam

Stora individuella variationer förekommer priligy india inadequete production of factor VIII INCORRECT

Add Comment