Müsəlman qadın Quranı təhqir edən şəxsin avtomobilini aşırıb + Video

QafqazTimes xəbər verir ki, bir neçə gün əvvəl Osloda “Norveçin islamlaşmasını dayandırın” adlı islamafob qrupun lideri Lars Torensen təxribat xarakterli hərəkət edərək müsəlmanların yaşadığı ərazidə Qurani-Kərimin nüsxəsini yandırıb.

Əl-Cəzirə xəbər kanalının məlumatına görə, bu təxribatçı hərəkət müsəlmanların qəzəbinə səbəb olub və onlardan bəziləri yanğını söndürməyə çalışmış, bəziləri isə bu hərəkətə etiraz etmişlər.

Torensen Quranı yandırdıqdan sonra avtomobili ilə hadisə yerindən qaçıb, bundan sonra bir müsəlman qadın öz maşını ilə bu şəxsi təqib edərək onun avtomobilini aşırmağa müvəffəq olub.

Norveç polisi isə Lars Torensenin bu çirkin hərəkətinə məhəl qoymadan bu müsəlman qadını həbs edib.

Son aylar Avropa ölkələrində Qurana hörmətsizlik və müsəlmanlara qarşı təzyiqlər kəskin şəkildə artıb, bu ölkələrin polisi isə müsəlmanların müqəddəslərinin təhqir olunmasına qarşı lazımi reaksiya göstərmir.

Bir müddət əvvəl Danimarka əsilli isveçli siyasətçi Rasmus Paludan İsveçin Uppsala şəhərindəki məsciddə İslamın müqəddəs kitabını yandırmışdı.

Məhz aprel ayının sonunda İsveçdə Qurani-Kərimin təhqir olunması bu ölkənin bir sıra şəhərlərində etirazlara səbəb oldu və bəzi İslam ölkələri bəyanatlar verərək, bəziləri isə İsveçin öz ölkələrindəki səfirini çağıraraq bu təhqirə ciddi şəkildə reaksiya verdilər.

Related posts

Yəhudilər Qəzzada döyüşdən qaçır…

İraq müqaviməti yenə sionist rejimin mövqelərini hədəfə aldı

ABŞ: İsrailin Rəfəhə hücumu Həması məğlub etməyəcək

1 şərh

Kourtney Fevral 18, 2024 - 5:14 səhər

I like the valuable info you provide in your articles. I will bookmark your blog and check again here frequently.
I’m quite sure I’ll learn lots of new stuff right here!
Best of luck for the next!

Add Comment