Təl-Əviv Qüds gününə hazırlaşır

QafqazTimes xəbər verir ki, hazırda işğal olunmuş ərazilərdə hökm sürən nisbi sakitliyə baxmayaraq, medianın təxminləri və təhlilləri göstərir ki, Ümumdünya Qüds Günü yaxınlaşdıqca və qondarma sionist rejimin yaranmasının ildönümü yaxınlaşdıqca işğal olunmuş ərazilərdə vəziyyət yenidən gərginləşəcəkdir.

Media bildirir ki, Təl-Əviv mümkün gərginlikdən qaçmağa çalışsa da, rejimlə müqavimət arasında mövcud vəziyyət o qədər gərgin görünür ki, istənilən əməliyyat səhvi işğal olunmuş əraziləri genişmiqyaslı qarşıdurmaya gətirib çıxara bilər.

Əl-Əxbar bu barədə bildirib: “Bu gündən Ramazan ayının sonuna qədər Təl-Əvivi böyük təhlükəsizlik böhranı və sınaq gözləyir. İşğalçı rejimin fikrincə, Fələstin əraziləri mübarizə üçün motivasiya ilə doludur. Vəziyyətin gərginliyini nəzərə alaraq, çox kritik bir məqamda Təl-Əviv, istər Qüdsdə, istərsə də Livanın cənubunun da yeni qoşulduğu digər ərazilərdə, mümkün qədər fələstinlilərlə gərginlikdən qaçmalı və geri çəkilməlidir.”

Related posts

Dünyanı kim qarışdırır?

İsrail mediaları: Tel Əviv bir neçə həftəlik atəşkəslə razılaşacaq

Qəzzədə şəhid olan jurnalistlərin sayı 141 nəfərə çatdı