QafqazTimes xəbər verir ki, İsrailin “Israel Hayom” qəzeti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Təl-Əvivə səfəri ilə eyni vaxtda yazıb ki, sionist rejim HƏMAS-ın Türkiyədəki fəaliyyətlərinin dayandırılmasını tələb edib.
Xəbərdə daha sonra deyilir ki, sionist rəsmilərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS ilə ideoloji əlaqələrinin Ərdoğanın HƏMAS-ın Türkiyədəki fəaliyyətlərini tamamilə dayandırmasına mane olduğunu bilməsinə baxmayaraq, Təl-Əviv Ankaradan bunu tələb edib.
Israel Hayom əlavə edib ki, sionist rəsmilər Türkiyənin münasibətləri yaxşılaşdırmaq yolundakı addımından məmnun olsalar da, Ərdoğanın sərt bəyanatlar verə biləcəyindən və barışıq prosesini dayandıra biləcəyindən ehtiyatlanırlar.
Qəzet indiki mərhələdə səfirlərin geri qaytarılması ilə bağlı razılığın əldə olunmadığını, həmçinin İsrail rejiminin Kipr və Yunanıstanla müttəfiqliyini məhdudlaşdırmaq niyyətində olmadığını yazıb.
Sionistlərin Mavi Mərmərə gəmisinə hücumundan (2010-cu ildə) və 9 türk fəalın öldürülməsindən sonra Türkiyə ilə sionist rejim arasında münasibətlər pisləşdi və hər iki tərəf səfirlərini geri çağırdı. Qeyd edilən bu gəmi Qəzzanın mühasirəsini yarmaq üçün bölgəyə doğru hərəkət edirdi.