Təcavüzkarlıq sionistlərin fitrətindədir

Mübarək Ramazan ayında sionist rejim cinayətlərinin davamında daha bir fələstinli şəhid oldu.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, dünən İordan çayının qərb sahilində Tulul Kərəm məntəqəsində işğalçı rejim hərbçiləri bir evi mühasirəyə alaraq odlu silahlardan güllə yağdırıblar. Nəticədə ev sakinlərindən bir gənc şəhid olub.

Sionistlər bu şəxsin silahlı olduğunu iddia edərək ətraf evlərə də hücum edib 8 nəfəri həbs ediblər.

Fələstin Səhiyyə Nazirliyi bəyanat yayaraq elan edib ki, bu hücumda şəhid olan şəxs 25 yaşlı Əmir İmad Əbu Xədicədir.

Sionist rejim hərbçiləri İsraildə baş nazir Netanyahu əleyhinə etiraz aksiyalarını davam etdirməsinə, radikal nazirliyin daxili və xarici siyasətlərinin dalana dirəndiyi bir zamanda belə işğalçılıqdan əl çəkmir, məzlum Fələstin xalqına qarşı zorakılıqlarını davam etdirirlər.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib