Təbrizdə Aşura Konqresi

Aşura mesajlarının çatdırılmasında ədəbiyyatın təsirinin artırılması üçün Beşincisi Beynəlxalq Aşura Ədəviyyatı Konqresi baş tutub.

Giperssilka.ru xəbər verir ki, yanvarın 30-da Təbriz Dövlət Universitetində keçirilən mərasimə Ayətullah Xameneinin Şərqi Azərbaycandakı nümayəndəsi cənab Alehaşem, Təbriz Dövlət Universitetinin rektoru Hacı Mehdi Xadim Azərian, həmçinin İran, Azərbaycan, Türkiyə, İraq və Gürcüstandan gəlmiş nümayəndələr qatılıb.  

Müqəddəs Quranın tilavətilə başlayan mərasimi universitetin prorektoru dr. Əhməd Fərşbafibian açıb. O, konqresin 7 illik tarixinə toxunub, bu illər ərzində görülən işlərdən danışaraq, konqresə qatılan ölkələrin və iştirakçıların sayının getdikcə artdığını açıqlayıb.

Tədbirdə Təbriz Dövlət Universitetinin digər prorektoru dr. Nəsrullahzadə etdiyi qısa nitqində vurğulayıb ki, şühədanın tarixi əbədidir: “Şəhidlərin dastanı qalacaq və günbəgün münəvvər olacaq. İnşAllah, ümidvarıq ki, İslam Cümhuriyyətinin varlığı ilə bu tarixi bütün bəşərə çatıdırılacaq”.

Tədbirə qatılan İmam Xameneinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi, Təbriz şəhərinin imam-cüməsi Seyyid Məhəmməd Əli Alehaşem universitet rəhbərliyinə belə mötəbər və əhəmiyyətli tədbirin məsuliyyəti üzərinə götürərək reallaşdırılması üçün təşəkkür edib:

“Şiənin tarixi onun öz şairinin dilindən ədəbiyyatda çəkilməlidir. Əhli-beyt (ə) şairləri bu meydanın istehkamçılarıdırlar. İmam Sadiq (ə) buyurur: “Hər kəs mənim xanədanımdan bir beyt şeir desə, Allah ona cənnətdə bir ev verəcək ki, bu onun şeirinin əvəzidir”.

Məzhəbi şeirlər və suridlar nə qədər yaxşı olsa, o qədər bu tarixi (Aşuranı, – red.) bəşərə daha tez və dəqiq çatdırarlar. Ustad Şəhriyar deyir: “Hüseynə yerlər ağlar, göylər ağlar, Bətulu, Mürtəza Peyğəmbər (s) ağlar”. Bu cür şeirlər səbəb olur ki, insanlar haqqı tanımaqda təşviq olunsun. İmam Rzanın (s) həyatında görürük ki, o da şair Deybelə deyərdi ki, “babam Hüseyndən şeirlər deyin”.  Bütün bunlar göstərir ki, Aşura ədəbiyyatı nə qədər mühümdür”.

Mərasimin davamında Azərbaycan Əhli-beyt (ə) şairi Hacı Gülbəla Fənayi kürsüyə dəvət olunub. O, qonaqları və konqres iştirakçılarını salamlayaraq Kərbəla faciəsinə həsr etdiyi şeirini təqdim edib.

Daha sonra konqresin Türkiyə və İrandan olan qonaqları çıxış ediblər. Sonda konqres iştirakçıları təltif olunub, xatirə fotoları çəkdiriblər.

Tədbirdə Azərbaycan nümayəndə heyətini Əhli-beyt (ə) şairləri Seyyid Hacı Nurəddin Dərafərin və Hacı Gülbəla Fənayi, Kərbəlayi Bəhruz və Əhli-beyt (ə) məddahları – “Vilayət” qrupunun üzvləri Hacı Əlizaman Əliyev və Kərbəlayi Samir Süleymanov, həmçinin Hacı Teymur Şirvanlı təmsil ediblər.

Təbriz Universitetinin “Qafqaz və Anadolu İnstitutu” tərəfindən hər il keçirilən Beşinci Beynəlxalq Aşura Ədəbiyyatı Konqresinin iştirakçıları yanvarın 31-də tədbirin qeyri-rəsmi hissəsi çərçivəsində müqəddəs Məşhəd şəhərinə, İmam Rzanın (ə) ziyarətinə yola salınıb.

Qeyd edək ki, konqresin əsası 2015-ci il Təbriz şəhərində qoyulub. Son iki ildə koronavirus şəraitilə əlaqədar baş tutmayan tədbirin beşincisi bu il reallaşıb.

Related posts

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO