Şvarsneqer planeti xilas edəcək!!

QafqazTimes.com Euronews-a istinadən xəbər verir: Dünya liderlərinin məsuliyyətsizliyi, bəzən cinayətkarlığı səbəbindən Yer qlobal istiləşməsə təhlükəsi ilə üzbəüzdür. Artıq mütəxəssislər Yer üçün ölüm vaxtı da təyin edir. Atmosfer qatının zədələnməsi, qlobal istiləşmə, içməli su ehtiyatlarının tükənməsi Yer əhalisinə cəhənnəm bvəd edir.

Belə bir vaxtda Hollivud ulduzu Arnold Şvarsneqer şok bəyanatla çıxış edib. Aktyor söz verib ki, Avstriya prezidenti Aleksandr Van der Bellenlə birlikdə planeti xilas edəcək! Şvarsneqer öz instaqram səhifəsində yerləşdirdiyi videomüraciətdə Avstriya iqlim sammitində iştirakı barədə məlumat verir, qlobal istiləşməyə biganəlikdən şikayətlənir. Aktyor planeti xilasetmək üçün təcili tədbilər görülməsini zəruri sayır. Amma “Terminatoru” bu mövzuda konfranslara dəvət edən fəallar onun bəyanatını qeyri-səmimi sayıb. Şvarsneqer bu vaxta qədər aldığı dəvətlərə əhəmiyyət verməyib!

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…