Şuşanın içməli su ilə təmin olunması üçün su mənbəyi belə yaradılır – FOTO

Şuşa şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə alternativ su mənbəyinin yaradılması layihəsi üzrə işlər yekunlaşmaq üzrədir.

Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi uğurla davam etdrilir.

Dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə alternativ su mənbəyinin yaradılması layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. “Azərsu” ASC-nin sifarişinə uyğun olaraq Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib. Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmərin tikintisi işləri aparılıb. Hazırda layihə üzrə son tamamlama işləri həyata keçirilir.

Yeni mənbə suya tələbatın kəskin artdığı yay aylarında, eləcə də sərt şaxtalar zamanı Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın azaldığı qış aylarında Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının aparılmasına imkan verəcək. Layihəyə uyğun olaraq Kiçik Kirs mənbəsində yenidənqurma işləri aparılıb, yeni sutoplayıcı qurğu, Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara 5,3 km-lik yararsız hissəsi polad borularla əvəzlənib, magistral kəmərin üzərində təzyiqqırıcı və subölüşdürücü kamera inşa olunub.

Qeyd edək ki, Şuşa şəhərinin azad olunması uğrunda döyüşlər zamanı şəhəri içməli su ilə təmin edən hər iki magistral kəməri məqsədli şəkildə sıradan çıxarılmışdı. 

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO

2 şərhlər

najlepszy sklep Mart 22, 2024 - 4:33 səhər

Wow, superb weblog structure! How lengthy have you ever been running a blog for?
you made blogging look easy. The full look of your web site is magnificent, let alone
the content! You can see similar here sklep internetowy

Leanne Aprel 6, 2024 - 4:58 səhər

Hey! Do you know if they make any plugins to help
with SEO? I’m trying to get my blog to rank for some targeted keywords but
I’m not seeing very good gains. If you know of
any please share. Kudos! You can read similar art here: Backlink Portfolio

Add Comment