Sürücü avtobusda tapdığı 20 min dolları sahibinə qaytardı – FOTO

a hand touching the money bag and dollars, to love money, to touch the money in the bag,

“BakuBus” MMC-yə məxsus avtobusda tapılan 19 min 700 ABŞ dolları sahibinə təhvil verilib.

Sərnişinlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı dayanacaqda endikdən sonra sürücü Şamil Əylər oğlu Cəbrayılov Hava Limanı Ekspress marşrut xətti üzrə idarə etdiyi avtobusun salonuna baxış keçirib.

Bu zaman o, oturacağın üstündən 1 ədəd gödəkçə və 19 min 700 ABŞ dolları tapıb. Sürücü aidiyyəti üzrə təqdim etmək üçün gödəkçə və pulu oturacaqdan götürərək avtobusun saxlanc yerinə qoyub.

Bu hadisədən az sonra bir nəfər sürücüyə yaxınlaşaraq avtobusda gödəkçə və pul unutduğunu bildirib.

Müvafiq dəqiqləşdirmə işləri aparıldıqdan sonra gödəkçə və pul həmin şəxsə təqdim olunub.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir