Himnimiz səsləndi, rektor ayağa qalxmadı- SƏBƏB (Video izlə)

5 may 2022-ci ildə Azərbaycan Texnologiya Universitetinin akt zalında beynəlxalq konfransın açılışına sədrlik edən rektor Akif Süleymanov Dövlət Himni səslənərkən ayağa qalxa bilməyib.

Videodan aydın görünür ki, rektor əlini ürəyinin başına qoyaraq, himni ifa etsə də, digərlərindən fərqli olaraq, ayağa durmayıb.

Rektor həmin konfransda şəhidlərimizin ruhuna bir dəqiqəlik sükut elan edilərkən də ayağa qalxmayıb. Bu isə onun səhhətində ciddi problem olmasını bir daha təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun səhhətində ciddi problemlərin olduğu və işə 3-4 adamın köməkliyi ilə gəlməsi barədə görüntülər yayılmışdı. Lakin həmin vaxt universitetdən rektorun səhhətində heç bir problemin olmadığı və vaxtlı-vaxtında işə gəldiyi bildirilmişdi.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO