STATİSTİKA – Azərbaycanda ən çox girov qoyulan daşınmaz əmlaklar

Beynəlxalq praktikada ipotekanın bir çox növündən istifadə olunur.

Bu zaman daşınan və daşınmaz əmlak girov predmeti kimi çıxış edir. Ölkəmizdə isə ipoteka krediti əldə edən zaman daha çox  daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, vətəndaşlar yeni yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Bu isə onların yeni mənzillə təmin olunmasına imkan verir. Daşınmaz əmlakların daha çox alqı-satqı prosesində iştirak etməsi, girov predmeti olması isə bu bazarın canlanmasına gətirib çıxarır. Azərbaycanda bu sahə üzrə 2022-ci ilin ilk yarımilliyinin statistikasına nəzər yetirək.

Cari ilin yanvar-iyun ayları ərzində bağlanan ipoteka müqavilələrinin sayı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi məlumata görə, 2022-ci ilin yanvar-iyun ayları ərzində ölkəmizdə 34 126 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 902 və ya 46,9% artıq olub.

2022-ci ilin 6 ayı ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar

2022-ci ilin 6 ayı ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk 3-lükdədir. Ən çox girov qoyulan daşınmaz əmlak mənzillərdir. Belə ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində 19 949 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Cari ilin 6 ayı ərzində girov qoyulmuş ümumi əmlakdan 5 826-sı fərdi yaşayış evinin, 5 668-i isə torpaq sahəsinin payına düşüb.

2022-ci ilin yanvar-iyun ayları ərzindədaşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri
Əmlak növləriMüqavilə sayıÜmumi göstəricidə payı
Mənzillər1994958,5%
Fərdi yaşayış evləri582617,1%
Torpaq sahələri566816,6%
Qeyri-yaşayış binaları11593.4%
Qeyri-yaşayış sahələri11243.3%
Digərləri4001.1%
Ümumi say34126100.0%

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi ölkənin iqtisadi mərkəzi sayılan Bakıda bağlanılıb. Cari ilin yanvar-iyun ayları ərzində paytaxtda ümumilikdə 18 853  ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 55,2%-i və ya yarıdan çoxu deməkdir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron (3 798 müqavilə), 2 saylı Sumqayıt (2 392 müqavilə), 3 saylı Gəncə (1 755 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (1 434 müqavilə) aparılıb. Həmçinin, Yevlax və Bərdə ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır. Bu nəticələri həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qəbul etmək olar.

Sıra №Ərazi İdarələrinin adıİpoteka müqaviləsinin ümumi sayı
                          Ölkə üzrə34 126
1.1 saylı Bakı Ərazi İdarəsi18 853
2.4 saylı Abşeron Ərazi İdarəsi3 798
3.2 saylı Sumqayıt Ərazi İdarəsi2 392
4.3 saylı Gəncə Ərazi İdarəsi1 755
5.5 saylı Xaçmaz Ərazi İdarəsi 1 434
6.17 saylı Yevlax Ərazi İdarəsi734
7.7 saylı Bərdə Ərazi İdarəsi638
8.13 saylı Şirvan Ərazi İdarəsi556
9.6 saylı Beyləqan Ərazi İdarəsi532
10.10 saylı Lənkəran Ərazi İdarəsi464
11.11 saylı Şəmkir Ərazi İdarəsi443
12.12 saylı Şəki Ərazi İdarəsi437
13.16 saylı Ucar Ərazi İdarəsi404
14.8 saylı Cəlilabad Ərazi İdarəsi392
15.9 saylı Qəbələ Ərazi İdarəsi357
16.15 saylı Tovuz Ərazi İdarəsi348
17.18 saylı Zaqatala Ərazi İdarəsi300
18.14 saylı Şamaxı Ərazi İdarəsi287

Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionlar üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Sumqayıt və Abşerondur. Bütün girov qoyulan mənzillərin 92,2%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub.

Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 14 saylı Şamaxı (10 müqavilə) və 9 saylı Qəbələ (8 müqavilə) ərazi idarələridir.

Mənzillərin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələriİpoteka müqaviləsinin sayı
1 saylı Bakı Ərazi İdarəsi14591
4 saylı Abşeron Ərazi İdarəsi2236
2 saylı Sumqayıt Ərazi İdarəsi1574
3 saylı Gəncə Ərazi İdarəsi722
17 saylı Yevlax Ərazi İdarəsi283
13 saylı Şirvan Ərazi İdarəsi128

2022-ci ilin ilk yarımilliyi ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz,  7 saylı Bərdə, və  2 saylı Sumqayıt ərazi idarələrinin dislokasiyalarında yerləşir.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələriİpoteka müqavilələrinin sayı
1 saylı Bakı Ərazi İdarəsi1879
4 saylı Abşeron Ərazi İdarəsi683
3 saylı Gəncə Ərazi İdarəsi562
5 saylı Xaçmaz Ərazi İdarəsi357
7 saylı Bərdə Ərazi İdarəsi326
2 saylı Sumqayıt Ərazi İdarəsi275

Cari ilin 6 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (80 müqavilə) və 15 saylı Tovuz (73 müqavilə) ərazi idarələridir.

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələriİpoteka müqavilələrinin sayı
5 saylı Xaçmaz Ərazi İdarəsi934
1 saylı Bakı Ərazi İdarəsi899
4 saylı Abşeron Ərazi İdarəsi712
2 saylı Sumqayıt Ərazi İdarəsi360
3 saylı Gəncə Ərazi İdarəsi336
12 saylı Şəki Ərazi İdarəsi272

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Avtomobili səkidə idarə edən sürücü həbs olundu – VİDEO

Bakıda 17 min manata pişik satılır – VİDEO