Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçov vəfat edib

QafqazTimes xəbər verir ki, Rusiya mətbuatı çərşənbə günü səhər Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçovun 91 yaşında dünyasını dəyişdiyini bildirib.

Qorbaçov 2 mart 1931-ci ildə anadan olmuşdur. O, 1985-1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi olmuşdur. 1991-ci ilin dekabrında avqust çevrilişi kimi tanınan daxili çevrilişdən sonra nəhayət istefa vermiş və Sovet İttifaqı dağılmışdır.

İmam Xomeyni (r.ə) öz məşhur və tarixi məktubunda Mixail Qorbaçova müraciət edərək ondan Qərbə arxalanmaqdan çəkinməyi istəmişdir.

İmam Xomeyninin məktubu Sovet İttifaqının hələ bir ideologiya olaraq möhkəm olduğu və soyuq müharibənin bitmədiyi bir şəraitdə yazılmışdır. Hələ şərqlə qərbin ayrılmasının simvolu kimi tanınan Berlin divarı yıxılmamışdı və bu ölkənin bütün respublikalarında sovet konstitusiyası və kommunizm hakimiyyəti hələ də bərqərar idi.

Lakin İmam Xomeyni (Allah ona rəhmət etsin) Qorbaçova yazdığı bu ibrətamiz məktubunda marksizmin qırılan sümüklərinin səsindən danışmış və Sovet İttifaqının iqtisadi problemlərinin həlli üçün Qərbə üz tutmaması barədə xəbərdarlıq etmişdir.

Related posts

Dünyanı kim qarışdırır?

Səudiyyə Ərəbistanı Qəzzənin gələcəyini həll edən müzakirələrə evsahibliyi edir

Yəmən İsrail gəmisini hədəfə aldı