Soros – “Ağ balina”, Dəccal, yoxsa faşist?

QafqazTimes.com capital-a istinadən xəbər verir: Soros – bu müasir dünyada ən məşhur adlardandır. Soros 62 yaşında tanınıb. Britaniya funtuna qarşı oyunda bir günə 10 mlrd dollar qazanan filantrop-antixrist dünyanı dəyişmək ehtirasını həyata keçirməyə başlayıb. Malaziya, İndoneziya, Gürcüstan, Ukrayna Soros üçün laboratoriya siçovulu olub. Ermənistanın Rusiyadan Avropaya üz çevirməsi Sorosun  son siyasi şoularındandır. Sorosda pul var, hər ölkədə pula həris siyasətçilər və media! Belə şəraitdə ölkədə hakimiyyəti dəyişmək su içmək qədər asandır.

Rusiyada qadağan edilən Açıq Cəmiyyət – Soros fondu Ermənistanda at çapır. Fond təkcə siyasətçiləri yox, erməni kütləni qərbə yönəldə bilib. Fondla əməkdaşlıq edənlər maliyə mənbəyini itirməmək üçün özlərini meydana atır, məxməri siyasətə xidmət edirlər. Fondun Gürcüstan və Ukraynadakı fəaliyyətləri konkret dövlət çevrilişi ilə nəticələndi. Soros kimə işləyir? Onun fəaliyyətləri şəxsi təşəbbüsdürmü? Qətiyyən! ABŞ təhlükəsizlik xidmətinin dünya ölkələrindəki maliyyə dayağı Sorosdur. Fond ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edənləri maliyyələşdirir. Gürcüstanda da, Ermənistanda da, Azərbaycanda da uzun illərdir Sorosun sədəqəsi ilə yaşayan siyasətçilər və mediaçılar var.

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…