Son bir ildə üç Mossad zabiti intihar edib

Qafqaztimes xəbər verir ki, ötən bir il ərzində sionist rejimin (Mossad) üç zabiti intihar edib.

Sionist Kanal 12-nin məlumatına görə, Ayalon Şapira Yossi Kohenin prezidentliyi dövründə intihar edən Mossad zabitlərindən biri olub.

Şapira 8200-cü Hərbi Kəşfiyyat Bölməsindən Mossad-a köçübmüş. O, 8200-cü bölmədə elektron casusluq, elektron müharibə və şifrənin açılması üzrə məsul vəzifədə çalışıb.

O, 2019-cu ildə Mossad tərəfindən təltif edilənlər arasında olub, lakin atası Moşe İsrailin 12-ci kanalına Ayalonun psixi durumu ilə mövqeyi arasında uyğunsuzluq hiss etdiyini söyləyib.

Moşe əlavə edib ki, Ayalon həftədə ən azı bir dəfə psixiatra müraciət edirmiş. O, sonradan Mossadla həmkarlıq etmiş, işğal olunmuş ərazilərdə və xaricdə fəaliyyət göstərmişdir.

Sionist Kanal 12-nin məlumatına görə, Mossad zabiti 2020-ci il martın 26-da naməlum səbəbdən intihar edib. İntiharın hədəfi barədə heç bir təfərrüat verilməyib.

Related posts

Yəhudilər qaçır!

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir

Qəzza…