Şirin Əbu Aqilənin dəfn mərasimi proqramı elan olundu + Video

QafqazTimes xəbər verir ki, Əl-Aləm telekanalının Qüdsdəki müxbiri bildirib: Şəhid Əbu Aqilənin dəfn mərasimi sabah Qüds vaxtı ilə saat 15:00-da keçiriləcək, əvvəlcə Əl-Xəlil kilsəsində mərasim icra olunacaq, sonra isə işğal olunmuş Qüdsün qədim hissəsində yerləşən Sion qəbiristanlığında dəfn ediləcəkdir.

Müxbir əlavə edib: Əbu Aqilənin şəhadətinin elan edilməsindən sonra işğal altındakı Qüdsdə çoxlu sayda insan toplaşmağa başlayıb.

Fələstin xalqı bu şəhidlə vidalaşmaq, şəhidin ailəsinə başsağlığı vermək, eləcə də onlara dəstək olmaq üçün daim Əbu Aqilənin Qüdsdəki evi önündə cəm olurlar.

O, əlavə edib: Ramallahdakı mərasimdən sonra şəhid Əbu Aqilənin cənazəsi Əl-Əməri düşərgəsinin qarşısından şəhərin axırına qədər aparılacaq və əzadarların izdihamı Qələndiyyə düşərgəsinə yetişəcəklər. Daha sonra şəhidin cənazəsi rəsmi dəfn mərasimi başlayana qədər Qüdsdəki Fransa xəstəxanasında saxlanılacaqdır.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək