Sionistlərin Qəzzəyə hücumu nəticəsində İslami Cihad komandirlərindən biri şəhid olub

QafqazTimes xəbər verir ki, Fələstin xəbər mənbələri sionist rejimin Qəzza zolağına hava hücumu nəticəsində Saraya əl-Qüdsün şimal bölgəsinin komandiri Tisir əl-Cəbərinin şəhid olduğunu elan ediblər.

Fələstin Səhiyyə Nazirliyi həmçinin sionist rejim PUA-larının bu hücumu nəticəsində azı 2 nəfərin şəhid olduğunu, 19 nəfərin isə yaralandığını bildirib.

Sionist rejimin mediası İsrail ordusunun İslami Cihadla bağlı hədəflərə hücum etdiyini iddia edib.

Əl-Məyadin telekanalının müxbiri həmçinin sionist ordusunun hücumlarının Qəzza şəhərinin mərkəzindəki Fələstin Qülləsi ərazisində həyata keçirildiyini açıqlayıb.

Sionist ordusu öz bəyanatında elan edib ki, “Fəcr əməliyyatı” adlı əməliyyat zamanı Qəzza zolağında İslami Cihadı hədəfə almışıq.

Fələstinin tibbi mənbələri həmçinin bildiriblər ki, sionist rejim qırıcılarının Qəzza zolağına hücumundan sonra çoxlu sayda insan yaralanaraq, xəstəxanaya aparılıb.

Əl-Cəzirə xəbər kanalı isə İsrail qırıcılarının Qəzzada üç fərqli yeri hədəf aldığını bildirib.

Qeyd edək ki, bu hadisələr çərşənbə axşamı səhər sionist qüvvələrin Cenin düşərgəsinə hücum edərək bir fələstinlini şəhid etdikdən və İslami Cihad müqavimət hərəkatının yüksək səviyyəli komandirlərindən biri olan Bəssam Əl-Sədini həbs etdikdən sonra baş verib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur