İslami Cihad: İşğalçı rejimin bütün şəhərlərini hədəfə alacağıq

QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Əl-Nəxalə sionist rejimin Qəzza zolağına bugünkü hücumuna cavab olaraq vurğulayıb ki, müqavimətin məqsədi aydındır və təcavüzə cavab veriləcək.

Əl-Mayadin-ə müsahibəsində Əl-Nəxalə əlavə edib ki, artıq müharibə başlayıb və bir neçə fələstinlinin şəhid olmasından sonra vasitəçilik barədə danışmaq hələ tezdir.

O, həmçinin bildirib ki, bu müharibə bizim qarşımıza qoyulub və biz buna sona qədər cavab verəcəyik.

Əl-Nəxalə həmçinin vurğulayıb ki, biz düşməni yerində oturdacağıq və müharibəyə və onun davamına hazırıq və millətimiz üçün azadlığı reallaşdırana qədər bu döyüşü davam etdirəcəyik.

Əl-Nəxalə deyib: “Bu gün tarixi bir sınaqdır. Ya birgə onunla üz üzə qalacaq, yada pərakəndə şəkildə bunun acısını çəkəcəyik. Düşmən bütün döyüşçülərin bu təcavüzlərə qarşı birləşəcəyini görəcək. Xalqımıza deyirəm ki, birlik və həmrəylik olmalıdır. Bu, təcavüzlərə qarşı çox əhəmiyyətlidir.”

O, əlavə edib ki, mən ərəb və islam xalqlarından Fələstin xalqının bu təcavüzlərə qarşı mübarizəsində onların yanında olacağını gözləyirəm. Biz döyüşün başlanğıcındayıq və Allahın izni ilə vəhdət şəkilində üzərimizə düşən məsuliyyəti yerinə yetirəcəyik. Bu, həlledici an və müharibə meydanında sabitlik bizim vəzifəmizdir.”

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!