Qafqaztimes xəbər verir ki, yüzlərlə fələstinli dünən cümə namazından sonra Nablusun cənubundakı Bita qəsəbəsində İsrail məskunlaşma planına etiraz olaraq yürüş etmiş və İsrail qüvvələrinin hücumuna məruz qalmışlar.
Fələstin Əl-Yovm xəbər saytına görə Fələstin Qızıl Aypara cəmiyyəti elan edib ki, qarşıdurmalarda ən azı 8 fələstinli plastik güllə ilə və ikisi isə odlu silahla yaralanmış və 240 nəfərdən çoxu isə gözyaşardıcı qazdan boğulmuşdur.
Sionist hərbiçiləri, cümə günü həmçinin Hebronun cənubundakı Yatta bölgəsində İsrailin məskunlaşma planına etiraz etmək üçün toplanan fələstinlilərə də sərt reaksiya göstərmişlər.
Sionistlər mitinqə qatılan onlarla fələstinliyə qarşı gözyaşardıcı qaz və səs bombasından istifadə etmişlər. Mitinq iştirakçıları isə sionist rejimin bu hücumları qarşısında fələstinlilərə qarşı etnik təmizləmə siyasətini qınayan şüarlar səsləndirməyə davam etmişlər.