Səudiyyə Ərəbistanı koalisiyasına məxsus hərbi düşərgə 10 PUA ilə darmadağın edildi + Video

Qafqaztimes xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri 23 iyul Cümə axşamı öz twitter səhifəsində Yəmən sərhədinə yaxın Səudiyyə ərazisindəki Əl-Vədiə bölgəsində yerləşən Səudiyyə koalisiyasının təlim düşərgəsinə hücum edildiyini elan edib.

O, yazıb ki, 10 ədəd “Qasif k2” hücum dronları müvəffəqiyyətlə komanda mərkəzi və təlim mərkəzlərini və bu düşərgədə yerləşən digər binaları hədəfə almışdır. Bu əməliyyat son iki gün ərzində həyata keçirilmişdir.

Yəhya Sərinin verdiyi məlumata görə, bu genişmiqyaslı əməliyyatda bir neçə komandir də daxil olmaqla 60-dan çox muzdlu öldürülmüş və yaralanmışdır. Ölənlərin arasında bir çox Səudiyyə zabitləri də vardır.

“Əl-Elamul Hərbi” Məlumat Qrupunun Yəmən filialı cümə axşamı bu misilsiz əməliyyatın video və görüntülərini yayımlamışdır.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…