Sionistlər yüz doxsan birinci dəfə bir Fələstin kəndini dağıtdılar

Qafqaztimes xəbər verir ki, sionist buldozerləri İsrail hərbçilərinin müşayiəti ilə cümə axşamı Fələstinin cənubunda yerləşən Nəqb çölündəki Əl-Araqib kəndinə 191-ci dəfə daxil olaraq sakinlərin evlərini dağıdıblar.

“Palestine Online” internet saytının yazdığına görə, sionist rejim bu kəndi və Nəqb çölündəki onlarla Fələstinli kəndini 2010 -cu ildə qanunsuz elan etmişdi. Amma bu kəndlərin sakinləri evlərinin sionist rejimi qurulmamışdan əvvəl tikildiyini deyirlər. Əl-Araqib kəndi də Osmanlı İmperatorluğu dövründə salınmışdır.

Sionistlər ilk dəfə 2010-cu ilin iyul ayında Əl-Araqib kəndindəki evləri sökdü. Bu iş 191 dəfə təkrarlansa da, sakinlər hər dəfə buldozer və zabitlər ayrıldıqdan sonra evlərini sadə vasitələrlə yenidən tikmişlər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur