Sionistlər yenidən Əl-Əqsa məscidinə hücum ediblər

QafqazTimes xəbər verir ki, sionist mühacirlər cümə günü Əl-Əqsa məscidinə basqın edərək, onun həyətlərində “Təlmud” mərasimi keçiriblər.

Fələstinin Şahab ​​xəbər agentliyi cümə günü səhər yüzlərlə sionistin Əl-Əqsa məscidinə hücum edərək Bab əl-Əsbat yaxınlığında Təlmud mərasimi keçirdiyini bildirib.

Məlumata görə, mərasim zamanı sionist polis və əsgərlər ekstremist sionistləri müdafiə ediblər.

Ötən bazar günü də minlərlə sionist mühacir işğalçı qüvvələrin ciddi təhlükəsizlik və mühafizə tədbirləri ilə Əl-Əqsa məscidinə basqın etmişdilər.

Sionist mühacirlər və hərbçilər Məscidül-Əqsanın həyətlərinə hücum etdikdən dərhal sonra fələstinlilər onlarla üz-üzə gəliblər.

Əlaqədar xəbərlərə görə, İsrail qüvvələri cümə axşamı İordan çayının qərb sahilində 24 saatdan az bir müddətdə üçüncü fələstinli gənci şəhid ediblər.

Fələstin Səhiyyə Nazirliyi 17 yaşlı fələstinli Oudə Muhəmməd Oudənin Ramallahın qərbindəki Əl-Mədiyyə kəndində sionist hərbçilər tərəfindən güllələnərək şəhid edildiyini açıqlayıb.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq