Sionistlər Siləz Zohra basqın etdi

Sionist rejim hərbçiləri Cenin şəhərində fiyaskoya uğradıqdan sonra şəhərin yaxınlığında yerləşən Siləz Zohr qəsəbəsinə basqın edərək sakinləri mühasirəyə aldıqdan sonra fələstinli gənclərlə qarşıdurma yaşayıblar.

Əl Aləm telekanalının məlumatına əsasən, işğalçı rejim hərbçiləri bu gün səhər (6 iyul) İordan çayı qərb sahilindəki bu hücumdan sonra bir neçə fələstinlini həbs ediblər.

Siləz Zohr qəsəbə basqınçıları bir mənzilə basqın edərək bəzi tələblər irəli sürüblər. Nəticədə qarşıdurma baş verdikdən sonra fələstinlilər qəsəbə ətrafından yardım istəmək məcburiyyətində qalıblar.

Eyni zamanda sionistlər Əl Xəlildə Əl Fəvra düşərgəsinə basqın ediblər. Buradakı qarşıdurma fələstinli gənclərin odlu silah gücünə mühasirədən çıxması ilə nəticələnib.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir