Sionistlər Qüdsü hərbi düşərgəyə çevirdi

Sionist rejim “işğal olunmuş Qüds bayrağı” yürüşünə bir gün qalmış hərbi təhlükəsizlik tədbirlərin gücləndirilməsi istiqamətində Qüdsü hərbi düşərgəyə çevirdilər.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim polis qüvvələri “Bayraq” yürüşü ərəfəsində Qüds şəhərində 3 min qüvvə yerləşdirib.

Məlumata görə Qüds şəhərinə giriş-çıxış yolları, həmçinin mərkəzi küçə və xiyabanlarda, xüsusilə də şəhərin ən qədim məntəqəsi olan Babul Amudda post-patrul xidməti yaradıblar.

Sabah (18 may) işğal olunmuş Qüdsdə keçiriləcək Bayraq yürüşündə Knesset üzvləri, o cümlədən radikal təhlükəsizlik naziri İtamar Ben Qvirin də iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Sionistlərin bu yürüşü, müstəmləkəçi qəsəbə sakinlərinin 1948-ci ildə işğal edilmiş ərazilərin daxilində fələstinlilərin milli mövqeyinə cavab vermək cəhdidir. Çünki fələstinlilər “Qüds Qılıncı” döyüşündə qalib gəlib

O, bu cəhdlərin Fələstin millətinin birliyi və müqaviməti ilə uğursuzluğa düçar olacağını bəyan edərək, 1948-ci ildə işğal edilmiş ərazilərin sakinlərini, sionistlərin Fələstin xalqını “israilliləşdirmək” və xaos yaratmaq tədbirləri ilə mübarizəyə və Qüdsü dəstəkləməyə çağırıb.

“Bayraq yürüşü” adətən Babul Əmud və Qüdsün qədim məhəllələrindən keçərək Əl-Əqsa məscidinin həyətlərinə çatır, burada “Bayraq rəqsi” adlı bir proqram həyata keçirilir və bu proqram vasitəsilə sionistlər fələstinlilərin Qüdsdən çıxarılmasını tələb edirlər.

Related posts

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir