Sionistlər: İran bir az da dözsün, İsrail özü dağılacaq

Bir sionist tədqiqatçı yaxın zamanda İsrail rejiminin xalq qiyamına qədər İranın dözməsini istəyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əl Yəvmul Ərəbi qəzeti sionist tədqiatçıların İsrail rejiminin dağılması barədə fikir mübadiləsi barədə məqalədə yazır: Rejimin dağılması üçün İranın daha artıq zəhmət çəkməsinə ehtiyac yoxdur. Bir az da səbirli olarsa, buradakı ictimai vəziyyət səbəbinə İsrail daxildən parçalanıb dağılacaq.

Məqalədə deyilir: Heridim ortodoks yəhudiləri ilə birlikdə Netanyahu kabineti ən təhlükəli zamanını yaşayır.

Əl Yəvmul Ərəbi yazır: Heridimlərin büdcəsi günü-gündən artır və onlar işsizlikdən əziyyət çəkməkdədir. Onlar dərs oxumur, elmli səviyyələri azalır, əsgərliyə getmir və bir sözlə cəhalət içində yaşayırlar. Onlar yalnız Tövrat oxuyur, yalnız nəsil artırmaqla məşğul olsalar da arta bilmir və ictimai baxımdan geridə qalırlar.

Tədqiqatçıların fikrincə 2065-ci ilə qədər İsrail cəmiyyətinin 15%-ni ərəblər təşkil edəcək və cəmiyyətdə layiklər üstünlük təşkil edəcək.

Tədqiqatçılar həmçinin israillilərin miqrasiya məsələsinin də rejimin dağılmasına ciddi təsirlər göstərdiyini vurğulayırlar. Bu isə Fələstin cəmiyyətinin çoxluq təşkil etmə ehtimalını daha da artırır və rejimi daxildən parçalayır.

Related posts

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir

Usamə Həmdan: Rəfəhə hücum müzakirələrin dayandırılması deməkdir