Sionistlər Hebrondakı İbrahimi məscidinə hücum ediblər

QafqazTimes xəbər verir ki, Fələstin mənbələrinin məlumatına görə sionistlər Hebron şəhərindəki İbrahimi məscidinə hücum edərək və bu müqəddəs məkanda rəqs edib, mahnı oxuyaraq təxribat xarakterli hərəkətlər etməyə çalışıblar.

Digər tərəfdən, fələstinli mənbələr Nablusun şimalındakı Burqa qəsəbəsində fələstinli gənclərlə işğalçılar arasında qarşıdurmaların olduğunu bildirərək, bu qarşıdurmalar nəticəsində onlarla fələstinlinin yaralandığını açıqlayıblar.

Bu arada işğalçı İsrail qüvvələri çərşənbə axşamı səhər Mübarək əl-Əqsa məscidinə hücum edərək ibadət edənləri məscidin ərazisindən qovublar.

Sionist rejimin bu hərəkəti işğalçı mühacirlərin hücumu üçün zəmin hazırlamaq məqsədi ilə həyata keçirilib.

Sionist mühacirlər Pesah bayramı münasibəti ilə ardıcıl üçüncü gün Məscidül-Əqsaya hücum ediblər.

Sionist hərbçilər çoxlu sayda fələstinli ibadətçini keçmiş müsəllanın içərisində mühasirəyə alaraq gözyaşardıcı qazdan istifadə ediblər.

Məscidül-Əqsada namaz qılan qadınlar da sionist hərbçilərin qarşısında dayanaraq “Allah Əkbər” sədaları ilə fəryad ediblər.

Məlumata görə sionist işğalçıların ötən günkü hücumunda bir neçə dindar gözyaşardıcı qaz nəticəsində xəsarət alıb.

Related posts

Şəhadətdən qabaq…

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı