Sionistlər gecəylə Şeyx Cərrah məhəlləsinə hücum etdilər

Qafqaztimes xəbər veir ki, sionistlər dünən gecə işğal altında olan Qüdsün Şeyx Cərrah məhəlləsindəki fələstinlilərin evlərinə və avtomobillərinə hücum etmiş və qarşıdurmalar böyüdükdə İsrail polisi məhəlləyə gedən bütün yolları bağlamışdır.

“Arabi 21” xəbər saytının verdiyi məlumata görə, sionistlərin fələstinlilərin şəxsi mülklərinə hücumundan sonra Şeyx Cərah məhəlləsi yaxınlığındakı “1”  prospektində fələstinli gənclərlə sionistlər arasında şiddətli qarşıdurmalar yaşanmış və sionistlər bir çox avtomobillərə ziyan vurmuşlar.

Məlumata görə, dünən gecə Şeyx Cərrah məhəlləsinə edilən hücumda “Dini Sionizm” kimi tanınan ifrat sağçı partiyanın lideri Bezalel Yoel Smotriç də iştirak edib.

Fələstinin Qüds İşləri Naziri Fadi əl-Hədmi Şeyx Cərraha qarşı təcavüzə cavab olaraq deyib ki, bu işğalçı polis və müdafiəsiz fələstinlilərə qarşı olan sionist sakinlər böyük təhdiddir və beynəlxalq ictimaiyyətin susması səbəbiylə mövcud vəziyyət daha da pisləşəcəkdir.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?