Sionist yardım qrupunun Türkiyədə rüsvayçılığı

QafqazTimes xəbər verir ki, sionist rejimi Türkiyədə zəlzələ qurbanlarına yardım göstərmək bəhanəsi ilə bu ölkədən tarixi əlyazmaları oğurlamağa cəhd edən bu rejimin yardım qrupunun qalmaqalını ört-basdır etmək üçün oğurlanmış əlyazmaları Türkiyə rəsmilərinə qaytarıb.

Türkiyənin “Haber7” saytı bazar günü gecə (19 fevral) zəlzələ zamanı Türkiyəyə göndərilən İsrail axtarış-xilasetmə qrupunun Antakyada dağılmış sinaqoqdan “Esterin kitabı”nın bəzi hissələrini oğurladığını aşkar edib.

Bu xəbərə əsasən, zəlzələdə ciddi ziyan dəymiş Antakya sinaqoqunun xarabalıqlarından tapılan “Ester kitabı” əvvəlcə sionist axtarış-xilasetmə qrupu tərəfindən işğal olunmuş Fələstinə aparılıb, lakin sionist rejim onu ​​Türkiyəyə qaytarıb və indi bu əlyazma İstanbulda baş ravinin yanındadır.

Digər tərəfdən, Türkiyənin yəhudi azlığı öz rəsmi Tvitter səhifəsində verdiyi açıqlamada “Esterlə bağlı əlyazmalar geri qaytarılıb və hazırda baş ravinimizin yanındadır” deyib.

Sionist “Yediot Aharonot” qəzetinin məlumatına görə, bu nüsxələri işğal olunmuş ərazilərə köçürən “Zaka” kimi tanınan sionist yardım və xilasetmə təşkilatının könüllü qüvvələrindən olan mayor Haim Utmazjin bu tarixi nüsxəni yerli sakinlərdən olan yaşlı bir şəxsdən aldığını iddia edir.

Türkiyə vətəndaşlarının sosial şəbəkələrdə sərt reaksiyasından sonra Türkiyənin yəhudi azlığı bu əlyazmanı sionist rejimindən geri almağa nail olub.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur